Naxçıvan Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədovun 80 illik yubileyi qeyd olunub - FOTOLAR

A- A A+

Sentyabrın 15-də Naxçıvan Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədovun 80 illik yubileyi qeyd olunub.

NUHÇIXAN xəbər verir ki, bu münasibətlə Naxçıvanda səfərdə olan Azərbaycan Ağsaqqallar Şurasının nümayəndələri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev muzeyini ziyarət edən qonaqlar ulu öndərin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, xatirə fotosu çəkdiriblər.

“Naxçıvan Saray”da təşkil olunan yubiley tədbirində Ali Məclis aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Tural Rzayev Naxçıvan Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədovu təbrik edib, yubilyara Ali Məclisin Fəxri Fərmanını təqdim edib.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyevin təbriklərini çatdırıb, ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından bəhs edib.

Digər çıxış edənlər Məmməd Məmmədovu təbrik edib, ona uğurlar arzulayıblar.

Sonra 80 illik yubileyi münasibətilə Məmməd Məmmədov “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edilib, qiymətli hədiyyələr təqdim olunub.

Naxçıvan Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.

Daha sonra Azərbaycan Ağsaqqallar şurasının Aparat rəhbəri Ramin Həsənli tədbirdə iştirak edən şəhər və rayon sədrlərinə yeni vəsiqələrini təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: