Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Milli qəhrəmanlarımız haqqında müxtəlif dillərdə məqalələrin yaradılması prosesi uğurla davam edir.
MEK-dən NUHÇIXAN-a bildiriblər ki, “Vikipediya”da Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarov haqqında ingilis dilində məqalə yaradılıb. Məqalədə bildirilir ki, Şikar Şikarov əvvəl Mülki Müdafiə Baş Qərargahında əməliyyat şöbəsinin rəisi, 1992-ci ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini təyin edilib. O,1992-ci ildə Goranboy rayonunda əməliyyatlara bilavasitə rəhbərlik edib və uğurlu əməliyyatlar keçirib. Şikar Şikarov 1992-ci il iyunun 13-də Ağdərə uğrunda gedən ağır döyüşlərin birində həlak olub. Bu gün mərhum döyüşçünün doğum günüdür.
Məqalə ilə daha ətraflı bu linkdə https://en.wikipedia.org/wiki/Shikar_Shikarov?fbclid=IwAR3L60F_Ycmyjd19R4xUI-xWkjc3w9xIVtYl9lld6HH5NY-a2y4dK_4Xsd0 tanış olmaq mümkündür.