Naxçıvan Qarnizonunda ixtisas hazırlığı kursları başa çatıb - FOTOLAR

A- A A+

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Qarnizonunda peşəkar hərbçilər yetişdirən ixtisas hazırlığı kurslarının uğurla başa çatması münasibəti ilə buraxılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra çıxış edənlər, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kurslarını bitirən gənclərə xidmətlərində uğurlar arzulayıblar. Məzunlar kurslarda əldə etdikləri bilik və bacarıqla peşəkar hərbçi kimi Vətənimizin müdafiəsində ayıq-sayıq dayanacaqlarına söz veriblər. Mərasimdə Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb. Təbrik oxunduqdan sonra məzunlara sertifikatlar təqdim edilib və kurs birinciləri tərəfindən xatirə lövhələrinə buraxılış emblemləri vurulub. Sonda məzunların tribuna önündən təntənəli keçidi olub.

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: