Ölkənin 100 fəal gəncinin Naxçıvanla tanışlığı başa çatıb - FOTOLAR
Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin “Gənclər paytaxtı” seçilməsi ilə əlaqədar ölkənin regionlarından fəal gənclərin və Gənclər təşkilatlarının üzvlərindən ibarət 100 gəncin Naxçıvan Muxtar Respublikasına 3 günlük ekskursiyası təşkil olunub.
NUHÇIXAN xəbər verir ki, ekskursiya çərçivəsində gənclər istirahət mərkəzləri, mədəniyyət müəssisələri və tarixi abidələrlə tanış olublar.
Ekskursiyanın 3-cü günü gənclər Naxçıvan şəhərindəki açıq səma altında yerləşən Döyüş şöhrəti muzeyini və Batabat Astrofizika Rəsədxanasını ziyarət ediblər. Ekskursiya çərçivəsində gənclər Ağbulaq İstirahət Mərkəzində olublar.
Sonra qonaqlar Naxçıvan şəhərinin ən yüksək nöqtəsində yerləşən Dövlət Bayrağı Meydanı və Muzeyini ziyarət ediblər.
Sonda Gənclər Mərkəzində Naxçıvanı ekskursiya çərçivəsində ziyarət edən 100 gəncə Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən hədiyyələr təqdim olunub.
Sadiq Məmmədov