Naxçıvanda Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi qeyd edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə Naxçıvan şəhərində tədbir keçirilib.

Qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsi önünə gələrək, buraya gül dəstəsi qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev muzeyi ilə tanış olublar. Burada qonaqlara  ulu öndərin həyat və fəaliyyəti barədə məlumat verilib.

Daha sonra qonaqlar görkəmli dramaturq Hüseyn Cavidin ev muzeyi ilə tanış olublar.

Tədbir Hüseyn Cavidin məqbərəsinin qarşısında davam edib. Ziyalılar  Müşfiqlə bağlı müxtəlif  mövzularında çıxış ediblər.

Tədbirdə şairin şeirləri bədii qiraət olunub, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Sonda Mikayıl Müşfiqin yaxın qohumu Vahab İsmayılzadə şairin yubileyinin Naxçıvanda keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib və hamıya minnətdarlıq edib.

Tədbirin sonunda konsert proqramı təşkil olunub, Cavidlər məqbərəsi  ziyarət edilib.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: