Naxçıvan DİN uşaq oğurluğu halları ilə bağlı məlumatlara münasibət bildirib - FOTOLAR
Naxçıvan Muxtar Respublikasında əhali arasında təşviş yaradan xəbərlər yayılıb.
"WhatsApp" mesajlaşma proqramı üzərindən insanlara uşaq oğrularının olduğu ilə bağlı məlumatlar göndərilib. Məlumatlara görə, Qaraxanbəyli məktəbinin qarşısında 5-ci sinif şagirdini oğurlamağa cəhd ediblər. Həmin mesajlarda bir qadının evləri dolaşaraq uşaqların sayını dəqiqləşdirdiyi bildirilir.
Hadisə ilə bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılan xəbərlər həqiqəti əks etdirmir, dezinformasiyadır.