Şərurda yabanı halda bitmiş 15 min ədəd narkotik tərkibli çətənə bitkisi kolu aşkar olunub - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Şərur Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində yabanı halda bitmiş 15000 ədəd narkotik tərkibli çətənə bitkisi kolu aşkar olunaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.