Yeni əmələ gələn göllərin şəkilləri ekoloqları sarsıdıb

A- A A+

Almaniya ekoloji hərəkatı fəallarının öz resursları vasitəsilə yaydıqları fotolar ölkəni sözün həqiqi mənasında sarsıdıb. Uzun illər Sibirdə əbədi donuşluğun əriməsini öyrənən Leypsiq Universitetinin Coğrafiya İnstitutunun elmi əməkdaşı Matias Uilrix bu günlərdə həmin prosesin kədərli nəticələrinin əks olunduğu fotoşəkilləri dərc edib. Şəkillərdə aydın görünən iki göl onilliklər bundan əvvəl sadəcə olmayıb. Sovet dövründə, 1960-cı illərdən əvvəl bu yerlərdə otlaqlar olub.

Yakutskdan 50 kilometr şərqdə yerləşən bu iki gölün ölçüləri son 25 ildə daha sürətlə artıb. Alimlər aerokosmik şəkilləri diqqətlə öyrənirlər.

NUHÇIXAN xəbər verir ki, fotolar Matias Uilrixin 2017-ci ildə beynəlxalq müəlliflər qrupu ilə birlikdə ixtisaslaşdırılmış “Water Resources Research” elmi jurnalında dərc etdirdiyi məqalədə təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: