Culfa rayonunda "Tarix yazan qəhrəmanlar” kitabının təqdimatı olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Culfa rayonunda “Tarix yazan qəhrəmanlar” kitabının təqdimatı olub. 

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Çıxış edənlər bildirib ki, şəhidlik bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. O məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Vətən yolunda şəhid olmaq ən böyük xoşbəxtlikdir. Lakin bu əlçatmaz zirvəyə ucalmaq hər kəsə nəsib olmur.

Şəhid ailələrinin üzvləri və digər çıxış edənlər muxtar respublikada şəhid ailələri, qazi və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində və eyni zamanda görülən işlərdən danışıblar. Sonda isə “Tarix yazan qəhrəmanlar” kitabının həmmüəllifi Mübariz Möhsünov və Alim Ağayev kitabda yer alan məqalə və fotolar haqqında söhbət açıb, yeni nəşri iştirakçılara təqdim ediblər.

Oruc Mirzəyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: