NUHÇIXAN xəbər verir ki, Dövlət Baytarlıq Xidmətinin və Culfa Rayon Baytarlıq İdarəsinin əməkdaşları payız-qış mövsümundə mal-qaranın düzgün qidalanması ilə əlaqədar fermer təsərrüfatlarında olub, maarifləndirici söhbətlər aparıblar.
Vurğulanıb ki, heyvandarlıq üçün qüvvəli yemi muxtar respublikada fəaliyyət göstərən yem istehsalı müəssisəsindən əldə etmək mümkündür. Həmçinin payız-qış mövsümündə mal-qaranın xəstəliklərdən qorunması, zoobaytar qaydalar əsasında yemləndirilməsi, saxlanma şəraiti və digər tədbirlər barəsində sahibkarlara məsləhətlər verilib.
Oruc Məmmədyarov
Naxçıvan Televiziyasının
Culfa rayon üzrə bölgə müxbiri