Babək şəhərində “Şəhidlər parkı” salınır - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki,  şanlı zəfər tariximiz olan Vətən müharibəsi iştirakçılarının, şəhid və qazilərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində və muxtar respublikanın bir sıra rayonlarında  memorial komplekslər salınacaq. Layihə çərçivəsində artıq Babək şəhərində “Şəhidlər Parkı” memorial kompleksinin inşasına başlanılıb.

2500 kvadratmetr ərazidə salınan parkda şəhidlərimizin ölməzliyini, şanlı qələbəmizi təcəssüm etdirən zəfər abidəsinin tikintisi tamamlanmaq üzrədir. Abidənin hündürlüyü 9, yerləşdiyi ay-ulduz platformanın  diametri 12 metrdir. Həmçinin parkda Babək şəhidlərinin rəsmlərinin əks olunduğu lövhə inşa olunur.

Parkın ərazisində yaşıllıq sahələri də salınacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: