Naxçıvanda məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət satış-sərgi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, ulu öndər Heydər Əliyevin andan olmasının 100 illiyi ilə əlaqədar məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət satış-sərgi təşkil olunub.

Oktyabrın 3-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının kollektivi Heydər Əliyev Sarayında təşkil olunan satış-sərgiyə baxış keçirib.

Artıq 12 ildən çoxdur ki, təşkil olunan istedadlı qadınların rəsm və əl işlərindən ibarət satış-sərgilərin məqsədi qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, ailələrdə yaşadılan milli dəyərləri əl işlərinə köçürüb yaşatmaq və həmçinin onlara maddi dəstək göstərməkdir.

Qeyd edək ki, Sərgidə iştirak edən müəlliflər sırasında sağlamlıq imkanları məhdud şəxslərlə yanaşı, ahıl vətəndaşlar, özünüməşğulluq proqramına cəlb edilmiş şəxslər də yer alır. Sərgidə ümumilikdə 431 müəllifin 10787 adda əl işi nümayiş etdirilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: