Gənc yazıçının ilk qələm əsəri təqdim olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi, gənc yazıçı Dilbər Rüstəmovanın Vətən müharibəsi şəhidimizin həyat hekayəsindən bəhs edən kitabının təqdimatı olub.

Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. İnstitutun rektoru Azad Novruzov çıxışında tələbəsinin bu nailiyyətini yüksək qiymətləndirib və kitab haqqında təəssüratlarını bölüşüb. Bildirib ki, Naxçıvan Müəllimlər İnstitutunda magistratura səviyyəsində “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə təhsil alan Dilbər Rüstəmovanın “Kamran və Sənubər” adlı ilk qələm təcrübəsi yenə də institutumuzun fəxri tələbələrindən olan “Vətən müharibəsi” qəhrəmanı şəhid Kamran Hüseynov və Sənubər Hüseynovanın real həyat hekayələrindən bəhs edir.

Kitabda həm də qədim Naxçıvanın inciləri olan Əshabi-Kəhf və Möminə Xatun türbəsi haqqında da geniş bəhs edilib.

Məmməd Qurbanlı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: