Naxçıvan, Sumqayıt və Gəncədə vətəndaşlara ödənişsiz hüquqi yardım və mediasiya xidmətləri göstəriləcək

A- A A+

Vəkillər Kollegiyası Mediasiya Şurası ilə birgə "Heydər Əliyev İli" ilə əlaqədar Sumqayıt, Naxçıvan və Gəncədə vətəndaşlara ödənişsiz hüquqi yardım və mediasiya xidmətləri göstərəcək.

Bu barədə NUHÇIXAN-a Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri ilə Sumqayıt 1 saylı Mediasiya təşkilatının mediatorları tərəfindən “Vəkillik və mediasiya xidmətinin praktiki məsələləri” mövzusunda dəyirmi masa keçirilməsi, o cümlədən vətəndaşlara ödənişsiz hüquqi yardım və mediasiya üzrə məsləhətlərin verilməsi nəzərdə tutulur. Tədbir oktyabrın 10-u saat 10:00-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutacaq.

Eyni zamanda oktyabrın 12-də Bakı şəhər 12 saylı Vəkil Bürosu Naxçıvan Vəkillər Kollegiyasının inzibati binasında, həmçinin Gəncə şəhər 1 saylı Vəkil Bürosu Gəncədə ödənişsiz hüquqi yardım aksiyası keçirəcək.

Qeyd edək ki, 2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar Vəkillər Kollegiyası tərəfindən hər təqvim ayının 10-da vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: