Antiterror tədbirlərində ağır yaralanan polis əməkdaşı şəhid olub

A- A A+

Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal xarakterli antiteror tədbirləri zamanı ağır yaralanan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis nəfəri Əzizbəy Muradov şəhid olub.

NUHÇIXAN xəbər verir ki, o, oktyabrın 6-da müalicə olunduğu hospitalda vəfat edib.

Ə.Muradov Sabirabad rayonunun Ulacalı kəndində dəfn olunacaq.

Xatırladaq ki, Muradov Əzizbəy Etibar oğlu 44 günlük Vətən müharibəsində də iştirak edib.

Prezident İlham Əliyevin sərəncamları ilə “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: