Məktəblilər arasında şeir müsabiqəsi olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Babək Rayon Gənclər və İdman İdarəsinin və Babək Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Babək qəsəbə 2№-li tam orta məktəbində rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “And yerimiz vətən” adlı şeir müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd məktəblilərdə vətənə məhəbbət, vətənpərvərlik hisslərinin yüksəldilməsi, istedadlı gənclərin üzə çıxarılmasıdır. Müsabiqədə 21 məktəbdən 25 şagird iştirak edib. Münsiflərin yekun rəyi ilə I yerin sahibi Kərimbəyli kənd tam orta məktəbinin şagirdi Həyat Zalova, II yerin sahibi Hacıvar kənd tam orta məktəbinin şagirdi Duyğu Hacıyeva, III yerin sahibi isə Vayxır kənd tam orta məktəbinin şagirdi Nurgül İsmayılova olub. Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: