Naxçıvan şəhərində tələbənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib - FOTOLAR
Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
NUHÇIXAN xəbər verir ki, hadisə Naxçıvan şəhərində qeydə alınıb.
Ordubad şəhər sakini, 2006-cı il təvəllüdlü Abdullayev Sahil Bulud oğlu yol keçərkən, Babək şəhər sakini Mirəli Seyidovun idarə etdiyi "VAZ 2107" markalı 67-BE-173 dovlət nömrə nişanlı avtomobil tərəfindən vurulub.
Ağır xəsarət alan piyada Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəsətəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib.
Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.