Əlincə kəndində 60 ev içməli su ilə təmin edilib - VİDEO
Culfa rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən Əlincə kəndində içməli su xətləri yenilənib, 60 evi içməli su ilə təmin edən kaptajda təmir-bərpa işləri görülüb.
Sakinlər bildirib ki, kənddə su xətləri 30 ilə yaxındır ki, təmir olunmayıb. Amma artıq bu məsələ də dövlətimiz tərəfindən diqqətdə saxlanılır, su təminatı yaxşılaşdırılır.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının hazırladıqları videomaterialı təqdim edir:
Oruc Mirzəyev