Sentyabr payızın ilk ayıdır. Bir az hüzn, bir az da məyusluq gəlir payızın gəlişi ilə. Amma biz Oğuz türklərinin şanlı tarix səhifələrindən çoxu təsadüfdənmi, yoxsa xarakterimizə uyğun gəldiyindənmi bu fəsildə yazılıb? Biz qalibiyyətlə dolu 44 günlük müharibəyə sentyabr ayında başladıq. Xankəndiyə 31 ildən sonra ilk dəfə bu ayda qədəm basdıq. Nisgilimiz, kədərimiz məhz payızda sona çatdı.
Amma, deməklə, bizim qələbəmizi həzm edə bilməyənlər təkcə xain qonşularımız olan ermənilər deyilmiş. Biz Qarabağı işğaldan tam azad etdikdən sonra bir daha əmin olduq ki, azərbaycanlılar 30 ildə torpaqlarını geri qaytarmaq, öz ərazi bütövlüyünü bərpa etmək üçün təkcə haylarla mübarizə aparmayıblar. Biz 30 il əvvəl torpaqlarımızı işğal edən erməni vandallarını 44 günlük müharibədə məhv etdikcə “Artsax” adının arxasında gizlənən xeyli sayda düşmən çıxdı ortaya. Tehran zirehli maşınlarla, Fransa təyyarələrlə, Hindistan raketlərlə, Qərbin bir çox siyasi erməni xislətli diplomatları, ABŞ-nin erməni yalı ilə yallanan senatları dərman vurulan kürkdən birə kimi ələndilər bizim haqlı müharibəmizin qələbə notlarının üzərinə.
Biz indi anladıq ki, ATƏT-in Minsk qrupunun da burada ali missiyası nə imiş, BMT-nin də, hətta bir-birilə üzdə düşmən olub, arxada siyasi dəllallıq edən NATO ilə SEPAH -ın da. Əslində bunu, çox-çox uzaqları görən ulu öndərimiz sovetlər zamanından bilirdi və öz çıxışlarında həmişə bunu xüsusi olaraq vurğulayırdı. Bundan Ali Baş Komandanımızın illər əvvəl xəbəri var idi və öz siyasətini onların məkrli oyunlarını pozmaq üzərində qurmuşdu.
Siyasi liderlərimiz çox gözəl bilirdilər ki, Minsk üçlüyünün də, ATƏT-in də bu müharibəni uzatmaqda ali məqsədləri Azərbaycanın işğal olunan, düşmən tapdağında qalan 20 faiz torpaqlarını güzəştə getmək, unutdurmaq olub. Gəlin bir anlığa xarici ölkələrdə təşkil olunan prezident görüşlərini xatırlayaq. Erməni siyasilər ya bu görüşləri yarımçıq tərk edir, ya bəhanələr gətirir, ya səbəbsiz yerə kimlərisə günahlandırmağa çalışırdılar.
Fotosunu paylaşdığım bu qəzet Rusiyanın bir zamanlar ən nüfuzlu qəzetlərindən sayılan “Sobesednik” qəzetinin 15-ci səhifəsidir. 2000-ci ildə dekabr ayının ilk ongünlüyündə dərc olunub, 47-ci nömrəsidir. Və qəzetin demək olar ki, bir neçə səhifəsi o vaxtlar işğal altında qalan torpaqlarımızda hayların necə məskunlaşmasına həsr olunub. Ağdamdan, Xankəndidən, Şuşadan yazıblar. Vitali Balasanyanı məğlubedilməz sərkərdə, Anuşavan Danilyanı xilaskar, Levon Ayropetiyanı xaç atası, Arkadi Qukasyanı xeyirxah rəhbər kimi təqdim ediblər. Konstantin Zatulin yenə öz məddahlığındadır. Avtomobil qəzasından əzilərək çıxan Samvel Babayan isə müqəddəs rahib obrazında Gəncəsar monastrında şam yandırır. Siz həyasızlığa bir baxın.
Yaxşı bilirik ki, birinci Qarabağ müharibəsində erməni terrorçularının başında dayanan komandirlərin biri də, bir vaxtlar qondarma "Qarabağ Respublikası"nın müdafiə naziri olan Vitali Balasanyan olub. Qəzetin 15-ci səhifəsindəki məqalə “Nikem nepobedimaya”, yəni “Məğlubedilməz” adlanır və Vitali Balasanyandan alınan müsahibə qəzetin düz bir səhifəsini əhatə edir.
“General” Balasanyan müxbirlə söhbətində deyir: “Biz Ağdam şəhərinə girəndə türklər hər nə vardırsa dağıtmışdılar”. Guya biz türklər onların məbədlərini bombalayıb, evləri dağıtmışıq. Ağdamda guya qəbirlərdən başqa heç nə salamat qalmayıb. Bizi vəhşi, özlərini elit xalqın nümayəndəsi kimi təqdim edən Anahidin nəvəsi Balasanyan müxbirə özünü elə göstərir ki, guya o, mələkdir.
Deyir ki, azərbaycanlılar Ağdamda nə vardısa dağıdıblar, bir buradakı məsciddən başqa. Bu fotonun üzərindəki başlıqda isə belə yazılıb: “Qarabağ qəhrəmanı Vitali Balasanyan Ağdamı xilas edib”. Burada maraqlı bir sual ortaya çıxır. İşğalçı ordu oğuz türklərinin, min illər boyu kompakt yaşadığı Ağdam şəhərini kimdən xilas edirmiş? Axı bu şəhərdə ermənini andıran, xatırladan, onun kimliyini özündə əks etdirən bir saxsı parçası belə yoxdur. Əgər azərbaycanlılar sizin dediyiniz kimi barbar olsaydı, Bakının mərkəzindəki erməni kilsəsində daş-daş üstə qalmazdı. Amma türklərin əzəli və əbədi torpaqları olan Qərbi Azərbaycanda-İrəvanda, Mehridə, Gorusda, Dərələyəzdə türklərə məxsus bir məzar daşı belə saxlamayıbsınız. Əgər dediyiniz kimi belə humanist xalqsınızsa, 30 il işğal altında saxladığınız torpaqlardakı məscidləri niyə o kökə saldınız? Niyə bir abadlıq işi aparmadınız? Niyə bir körpü salıb, yol çəkmədiniz? İşiniz-peşəniz köstəbək kimi torpağın altına lağım atıb, mina basdırmaq oldu. Bu torpaqların əsl sahiblərinin kim olduğunu sizin yerlə-yeksan etdiyiniz, bizim isə yenidən qurduğumuz, həyat verdiyimiz, yeni nəfəs bəxş etdiyimiz Şuşanın, Laçının, Zəngilanın, Füzulinin, Kəlbəcərin timsalında yəqinki görürsünüz, kor deyilsiniz. Siz sifətinizə taxdığınız yazıq maskasını çıxarın, özünüzə peşə etdiyiniz dilənçilikdən əl çəkin, siz çaqqallara məxsus xislətinizdən uzaq olun, görün həyatınız nə qədər gözəlləşəcək, necə rahat yaşayacaqsınız. Siz dəyişməyə çalışın, əgər bunu bacarsanız. Dəyişdiyiniz zaman əhatəsində qaldığınız qonşularınızın necə tolerant, necə humanist olduğunun bir daha şahidi olacaq, hiss edəcəksiniz. Əslində, siz bizim humanistliyimizdən həmişə əleyhimizə istifadə etmisiniz. Təki siz dəyişin! Amma necə dəyişəsiniz ki? Mayanız xarabdır, zatınız qırıqdır. Kökünüz yoxdur. Siz min illərdir ki, xarakterinizə uyğun olaraq kölgəsinə sığındığınız ağacları baltalamaqla məşğulsunuz. 1000 il əvvəl Qüdsün qapılarını da, səlibçilərin üzünə siz açdınız, Osmanlı saraylarında xəyanətin təməlini də siz qoydunuz, I Pyotra da namə yazıb onlara yalmandınız. Qafqazda rusların tulası da siz oldunuz. Bu sadaladıqlarım sizə məxsus alçaqlığın sadəcə bir neçəsidir. Əgər dünyanın tarix kitablarını varaqlayıb, sizin kimliyinizi ortaya qoymaq istəsək, sizin xəyanət mücəssəməsi olduğunuz bir daha təsdiq olunacaq.
Artıq dünya sizin kim olduğunuzu çox yaxşı bilir. Axı görünən dağa nə bələdçi? Bu gün Azərbaycan sizin 100 illər boyu səpdiyiniz xəyanət toxumunu bölgədən təmizləməklə, əslində böyük bir xeyirxahlığa imza atır. Unutmayın, həyat bumeranqdır. Dünən etdiklərinizin müqabilində cəzalanırsınız. Araiklər, Vitalilər, Samvellər, Arkadilər, bir sözlə, Qarabağda separatçılıq toxumu səpib dırnaqarası dövlət qurmaq istəyənlər, saxta qəhrəmanlar, indi gördünüz, haqq kimin tərəfindədir?
İndi Azərbaycanın igid oğullarının qarşısında başınızı əyərək yürüdüyünüz təcridxanalardan xilas ola biləcəyinizimi düşünürsünüz? Bəs fotolar, bəs kinolentlərin yaddaşında qalan gerçəklər? Axı Gəncədə günahsız insanları raketlə vurma əmrini özün çəkərək dünyaya göstərmişdin, Arayik Arutunyan. Axı Zori Balayan günahsız körpələrə necə divan tutduğunu özü, öz əlləri ilə qalın-qalın kitablara yazıb, erməni xalqına yadigar saxlayıb.
Bəli, bu müharibədə haqq qalib gəldi. Azərbaycan xalqının iradəsini özündə birləşdirən müdrik rəhbər qalib gəldi. Ali Baş Komandanın qətiyyəti, inamı, siyasi təfəkkürü, yenilməzliyi və xalqımızın dəmir iradəsi qalib gəldi. Unutmayın! Günəş həmişə Şərqdən doğur və bütün cahan Şərqdən Qərbə doğru işıqlanır...
Müzəffər Zəfər
Naxçıvan televiziyasının baş redaktoru