Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Şərur rayonunun Düdəngə Kənd Mərkəzində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib.
Vurğulanıb ki, aparılan təhlillərə görə Şərur rayonu üzrə 41529 uşaq var. Bunlardan 435-i sağlamlıq imkanları məhduddur. Bu da ümumi uşaqların 1,04 faizini təşkil edir.
Şərur rayonunun Düdəngə kəndi üzrə 19 sağlamlıq imkanları məhdud uşaq vardır ki, onlardan 2 qız, 7 oğlan olmaqla 9-u anadangəlmə, 2 qız, 8 oğlan olmaqla 10-u sonradan qazanılmadır.
Sonra isə “Qadınlarda virus hepatitlərinin fəsadları, bətn daxilindəki uşağın xəstəlikləri və onlarla mübarizə yolları” mövzusunda slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.