Naxçıvan şəhərində növbəti əmək yarmarkası keçiriləcək

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində növbəti əmək yarmarkası keçiriləcək.

Heydər Əliyev prospekti, 1 ünvanında yerləşən Heydər Əliyev Sarayında oktyabrın 12-si, saat 10:00-da baş tutacaq yarmarkaya Naxçıvan Muxtar Respublikasının işsiz və iş axtaran sakinləri dəvətlidirlər.

100-dən artıq özəl və dövlət müəssisələrindən 1000-ə yaxın vakansiya muxtar respublika sakinlərinə təqdim ediləcək. Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. Yarmarkada işaxtaran və işsiz şəxslərə işəgötürənlərlə bilavasitə təmas yaratmaq imkanı yaradılır. Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: