Şərurlu məktəblilər arasında şahmat yarışı təşkil edilib - FOTOLAR

112

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Şərur Rayon Şahmat məktəbində gənclər arasında rayon birinciliyi keçirilib. Birincilikdə 20 idmançı iştirak edib. I yerə İbrahim Orucov, II yerə Seymur Əliyev, III yerə isə Sadiq Gözəlov laiq görülüblər. Qaliblər təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Yarış Şərur Rayon Gənclər və İdman idarəsi,Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının Gənclər birliyi və Şahmat Federasiyası Şərur rayon bölməsinin birgə təşkilatçılığı ilə keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: