Hüseyn Səfərov Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini təyin edilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov oktyabrın 11-də Hüseyn Səfərovun Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN xəbər verir ki, sərəncamda deyilir:

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin  II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Hüseyn Akif oğlu Səfərov Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini təyin edilsin.

2. Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini Hüseyn Akif  oğlu Səfərova həvalə edilsin”.

Qeyd edək ki, Hüseyn Səfərov bu təyinatadək Yasamal Rayon Məhkəməsinin hakimi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: