NUHÇIXAN xəbər verir ki, Şahbuz rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən Uşaq-Gənclər İdman və Şahmat məktəblərinin məşqçi-müəllimləri, eyni zamanda tam orta məktəblərdə fiziki tərbiyə və şahmat fənlərini tədris edən müəllimlərin yığıncağı keçirilib.
Yığıncağın gündəliyində duran məsələ görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsi olub. Gündəlikdə duran məsələ ilə bağlı Şahbuz rayon Gənclər və İdman idarəsi və Təhsil Şöbəsinin əməkdaşları çıxış edərək 2017-2018-ci il ərzində keçirilən tədbirlərin nəticələrini geniş müzakirə ediblər.