Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktədində ELSA Naxçıvanın təqdimatı olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində ELSA Naxçıvanın təqdimatı olub.

ELSA yəni, Avropa Hüquqşünas Tələbələr Assosiasiyası dünyanın ən böyük hüquq tələbələri təşkilatıdır. Bu gün təşkilat Avropanın 43 ölkəsinin, 210 universitetindən olan 35 mindən çox hüquqşünas tələbəni və gənc hüquqşünası özündə birləşdirir.

Naxçıvan Dövlət Universirtetinin rektoru Elbrus İsayev, Naxçıvan MR Ali Məhkəməsinin sədri Səadət Bektaşi, Naxçıvan MR Prokuroru Sənan Paşayevin iştirakı ilə reqlament imzalanıb, bayrağın təhvil verilməsi mərasimi baş tutub.

Təşkilatın beynəlxalq olması  hüquqşünaslara istər mədəni, istər elmi cəhətdən Avropaya inteqrasiya olmaq imkanı da yardacaq.

Beləliklə ELSA Naxçıvan, muxtar respublikada hüquqşünas tələbələrin inkişafına və hüquq fakültəsinin beynəlxalq arenada tanınmasına öz töhfəsini verəcək.

İlham Vəliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: