B12 vitamini insan sağlamlığı üçün ən vacib olan vitaminlərdən biridir.
B12 eritrositlərin (qan hüceyrələri) formalaşması, DNT-nin sintezi, sinir sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir.
B 12 vitamininin çatışmazlığının simptomları:
- yorğunluq
- zəiflik
- iştahın azalması
- çəkinin azalması
- depressiya
- yaddaşın pozuması
- dezorientasiya (şüurun qarışması)
- ağız boşluğunda və dildə acılar.
Bu vitaminin çatışmazlığı kimdə inkişaf edə bilər? Risk qrupuna bu insanlar daxildir:
- veqanlar
- pis qidalanan insanlar
- yaşlı insanlar (həzm sistemində qidalı maddələrin mənimsəmə proseslərinin zəifləməsinə görə)
- mədə-bağırsaq sistemində pozulmaları olanlar
- kəskin arıqlayan və ya mədə-bağırsaq sistemində əməliyyat keçirmiş insanlar
- bəzi dərman preparatlarını (məsələn, qıcqırmaya qarşı, metformin və s.) qəbul edənlər.
B12 vitamininin əsas mənbələri: ət və qaraciyər, yumurta, süd məhsulları, tərkibində çörək mayası olan məhsullar.