Kamran Əliyev: "İyirmi il ərzində 53 prokurorluq işçisi ali rütbəyə layiq görülüb"

A- A A+

"Ötən iyirmi il ərzində Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla 53 prokurorluq işçisi ali rütbəyə layiq görülüb, 254-ü isə müxtəlif titullarla təltif edilib".

NUHÇIXAN xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev “Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar” keçirilən təntənəli mərasimdə çıxışı zamanı deyib.

O bildirib ki, dövlət başçısı prokurorluq orqanlarının 105 illiyi ərəfəsində qurum əməkdaşlarını təltif edib: "Peşə bayramı ilə əlaqədar Prezident İlham Əliyev 7 prokurorluq əməkdaşına ali xüsusi rütbə verib. Bu da Prezidentin prokurorluq əməkdaşlarına göstərdiyi diqqət və qayğının təcəssümüdür".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: