Naxçıvanda kirayə evlər niyə bahalaşıb? - VİDEO
Hər kəsin dərmansız dərdi: “Kirayə mənzil tapa bilmirik, qiymətlər baha, təchizat yox”. Mövsümündən asılı olmayaraq, mənzil problemi gündəmdən düşməyən məsələlərdən biridir. Mənzil tapanda qiymət münasib olmur, qiymət uyğun olanda da mənzilin yerləşdiyi ya ünvan, ya da şərait. Əmlak bazarındakı qiymətlərdən razı qalanlar da var, narazılar da.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:
Mahmud Hüseynov