Nazirlikdən NUHÇIXAN-a bildirilib ki, 19-20 oktyabr 2023-cü il, saat 10:00 radələrində Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Daxili İşlər, Səhiyyə nazirliklərinin, Daxili Qoşunların, "Naxçıvan Dəmir Yolları" MMC-nin və Naxçıvan Tibb Kollecinin iştirakı ilə "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin və qarşılıqlı fəaliyyətin təşkili, zədələnmə ocaqlarında axtarış-xilasetmə, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması" mövzusunda birgə taktiki təlim keçiriləcək.
Təlimə xüsusi təyinatlı texnikaların və şəxsi heyətin cəlb olunması nəzərdə tutulur.