Naxçıvan Dövlət Vergi Xidmətində “İlham Əliyev – 20 il. Vergi sistemində şəffaflığa doğru” adlı tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətində dövlət başçısı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə “İlham Əliyev – 20 il. Vergi sistemində şəffaflığa doğru” adlı tədbir keçirilib. Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan MR Dövlət Vergi Xidmətinin rəisi Abbas İsmayılov bildirib ki, ölkə Prezidenti İlham Əliyevin 20 illik fəaliyyəti dövründə Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir güclü ordu yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmlənib. Nəzərə çatdırılıb ki, dövlət başçısı tərəfindən iqtisadiyyatda şəffaflığın təmin edilməsi prioritet vəzifə olaraq müəyyən edilib. Son illərdə “kölgə iqtisadiyyatının” miqyasının azaldılması üçün dövlətimiz tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilir.

Tədbirdə çıxış edən digər natiqlər əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli vergi sisteminin qeyd olunan dövrdə keçdiyi əsaslı modernizasiya prosesindən, maddi-texniki bazasının gücləndirilməsi, vergi inzibatçılığının yenidən qurulması, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının əldə etdiyi yüksək nailiyyətlərdən bəhs ediblər.

Sonda dövlət başçısının 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: