Naxçıvan Televiziyasının texniki istehsalat sahəsinin əməkdaşları təcrübə mübadiləsi üçün Xəzər Media Mərkəzində olub - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, bu barədə Xəzər Televiziyasının rəsmi instaqram hesabında paylaşım edilib. 

Naxçıvan Televiziyasının sədr müavini Xaliq Babayev, texniki direktor İsmayıl İbrahimov və kompüter şöbəsinin müdiri Elçin Məmmədov təcrübə mübadiləsi üçün Xəzər Media Mərkəzinin texniki və yaradıcı imkanları ilə, həmçinin veriliş və xəbər studiyaları, radiolarla tanış olublar. Sonda qonaqlar Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşovla görüşərək fikir mübadiləsi aparıblar, əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: