Ayrılmadı könül candan!

A- A A+

Ayrılmadı könül candan, bu ifadə kimlər üçünsə mənasız ifadə ola bilər, lakin qəlbinin lap dərinliklərində vətən sevgisi olan, torpağına məhəbbəti olan biri üçün mənası dağları aşacaq bir ifadədir. Bu ifadənin gerçəkləşməsi üçün nə canlar getdi, nə qanlar töküldü... Çoxları dilində bir şuar gəzdirə bilər, vətənimi sevirəm deyə bilər, amma dilində. Bunu göstərmək üçün isə qəlbində böyük qüdrət və o qüdrətdən doğan vətən sevgisi olmalıdır. Bir zamanlar ana vətən tək qalmışdı, dadına çatacaq igidləri isə həlak olmuşdu onun uğrunda, vətənin bir dayağı qalmamışdı, bunu edən isə nə yazıq ki, köçüb gəldiyi andan, qonşu "dövlət"imiz olduğu andan bizə kin, nifrət bəsləyən bir xalq, heç xalq da demərəm, bir toplum olmuşdur.

Getdikcə böyüdülər, sanki and içmişdilər qonşularının hərəsindən bir pay oğurlamağa, belə də etməyə başladılar. Hər ölkəyə xəbər göndərdilər, aldıqları xoş cavabdan bəhrələndilər, bəd cavabdan isə həmin ölkəyə düşmən kəsildilər.

Azərbaycanın və bütün türk dünyasının incisi, gözünə nur, qəlbinə sevgi, həyatına həyat qatan bir şəhər, o şəhər ki xəstə gələr, düzələr, qoca gələr, cavanlaşar, kefsiz gələr, şənlənər. Azərbaycan deyiləndə yada düşər, mədəniyyət beşiyi deyiləndə ağıla gələn şəhər, gözəlliyi ilə Qarabağı aydınladan, Azərbaycana can olan, özündə tarixi, qədim kökləri yaşadan şəhər, mənzərəsindən adam doymaz, havası sanki cənnət havası olan məkan. Canından, anasından ayrılmayan Şuşa. Pənahəli qüdrətli, Vaqif şöhrətli Şuşa.

Bu şəhər özündə min illərin yükünü daşıyan, qəhrəman şəhər idi. Belə gözəlliyə sahib bir yerə gözü düşən daşnak ermənilər bu şəhərin işğal olunması üçün çox çalışdılar, öz məğrurluğunu qoruyan Şuşa özünə vurulan zərbələrə dözdü, qəlbinə batan iynələrə, köksündə kəsilən nəfəsinə dözdü, bir an ayrılmadı anası Qarabağdan, Cıdır düzündən izlədi balası Xankəndini, sevdi öz millətini, bir ibadətgah oldu xalqına, öz övladına.

Şuşa and içmişdi sanki, başqa xalqın olmayacağına, öz anasından ayrı üzünün gülməyəcəyinə. Belə də oldu.

Bir gün erməni daşnakları hücum etdi Qarabağa, əsas hədəfləri isə cənnətməkan Şuşa oldu. Azərbaycan xalqının, dövlətinin xaosundan istifadə edən daşnakların hücumu qarşısında qürurla dayandı Şuşa, çünki o öz anasını, balalarını qoruyurdu. Canından can idi Qarabağ ona, Azərbaycansız nə edəcəkdi Şuşa. Ona görə əzmlə durdu, yıxılmadı. Amma artıq dözə bilmirdi, torpağında nə canlar getdi, nə qanlar töküldü və çox təəssüf ki, Şuşa işğal olundu. Qarabağı işğal edən ermənilər bildilər Şuşanın, Qarabağın məğrurluğunu, ona görə də artıq qorxurdular.

Qorxurdular, çünki bilirdilər ki, candan can almışıq, yarımçıq canmı olar? Ona görə Azərbaycanın yenidən öz canını, balasını geri alacağını bilirdilər. Çünki bir insan necə öz balasından ayrı qala bilmirsə, Azərbaycan da qala bilmirdi Qarabağsız.

Qarabağsız Azərbaycan, ruhsuz insan kimi idi, sanki öz gözünü, ruhunu itirmişdi, bu cənnətməkan Qarabağ onun üçün böyük bir ifadə idi.

Qarabağın gözəlliyinə gözəllik qatan, onun dərdlərə dərman bulaqları, xəstəni sağaldan havası var idi və təəssüf ki bu gözəllikdən ermənilər istifadə edirdi.

Dözmürdü Azərbaycan, bu haqsızlığa dözmürdü, necə dözə bilərdi, öz canını itirmişdi, zorla əlindən almışdılar.

Hər gün Vaqifin şeir səsi, Xan qızı Natəvanın zümzüməsi gələn torpağından, indi Vaqif qəhri, Natəvan ağısı eşidilirdi.

Şuşanın Cıdır düzünə həsrət idi, oradan Şuşanın balası Xankəndi açıq görünürdü, öz balalarına həsrət qalmışdı ana Qarabağ.

Bu isə yıxmırdı Azərbaycanı, Qarabağı. Ermənilərin zərbəsinə sinə gəlir, öz varlığını, gücünü göstərirdi düşməninə.

Bu məqamda bir haşiyə çıxaraq, dahi şairimiz Səməd Vurğunun bir misrasını qeyd etmək istəyirəm.

-Ayrılarmı könül candan,

-Azərbaycan,Azərbaycan.

Bunun nə olduğunu bilmək isə yalnız qəlbinin dərinliyində vətən sevgisi olan insana aiddir .

Yavaş-yavaş qalxdı ayağa, lap qəlbinə vurulan yaraların acısına rəğmən qalxdı ayağa, amma 30 il, az yox, 30 il düşmən əsarətində qaldı bu vətənin canı, 30 ildə nələr çəkdi onun başı, nə müsibətlər gördü o, tapdaq altında qaldı.

Bir gün Qarabağ, Ana vətənin oğul səsini öz torpağında eşitdi, 2010-cı il idi. Birdən erməni əsgərləri arasında hay-şivən qopdu, nə olduğunu bilməyən ermənilər özləri də nə etdiklərini bilmirdilər. Amma kiminsə oları vurduğunu bilirdilər. Bu qəhrəmanlar qəhrəmanı, sərdarlar sərdarı, gözündə ancaq vətən sevgisi olan, qəlbi ancaq can Azərbaycanla döyünən Mübariz İbrahimov idi.

Səngərdə dözə bilmirdi torpağında düşmənin gəzməsinə, cəsarətinə qurban şəhidim. Ata-anasına məktub yazıb, gecənin qaranlığında düşmən postuna irəliləyir, çünki canının parçası idi Qarabağ. İrəlilədikdən sonra erməniləri vurmağa başlayır, onların üstünə bir şir kimi çökürdü. Xeyli öldürmüşdü erməni murdarlarını, amma arxadan bir neçə güllə yarası almış və sözün əsl mənasında qəhrəmancasına şəhid olmuşdu. Ermənilər özləri etiraf edərək, Mübarizin pak bədənindən belə qorxduqlarını bildirmişdilər. Vətən sağ olsun!

Hər gün uzaqdan onu izləyən əsgərinə xilas et məni, geri qaytar anama – deyə sanki yalvarırdı Qarabağ, onun gözü olan Şuşa isə ağlayırdı məğrurcasına, o əsgərinə həsrətlə baxırdı, çünki dözə bilmirdi bu iztiraba, çəkə bilmirdi həsrət, bulaq suyunun dadının dəyişməsinə, havasının çirkləməsinə dözə bilmirdi. Hər gün düşmən tapdağında olmaq, düşmənin namərd sözlərinə şahid olmaq, sevgisiz qalmaq, anasız qalmaq çətin gəlirdi ona, hər gün uzaqdan gələn Xanın sənindən ötrü darıxmışdı, Natəvanın o yana-bu yana gedə-gedə oxuduğu şeirindən ötrü darıxmışdı, Vaqifin poeziyasından, Bülbülün ifasından ötrü darıxmışdı.

 Və bir gün......

Səhər Qarabağ top səsinə oyandı, 24 ildən sonra eşitdiyi top, tüfəng səsləri qorxutdu onu.

Diksindi,narahat oldu. Narahat oldu ki, əsgər balalarına nə isə olar, amma sevinc də var idi qəlbində, çünki 24 il əvvəl ayrıldığı anasına qovuşacaqdı.

Çünki bilirdi Azərbaycan əsgərinin gücünü, iradəsini, rəşadətini, məğrurluğunu. Ona görədə, artıq hazır idi anasına qovuşmağa, o tərəf-bu tərəfə boylanırdı, 24 il əvvəl eşitdiyi səsləri eşidirdi, lakin bu dəfə məğrur səslər idi, çünki Azərbaycan ordusu artıq başlamışdı əməliyyatlara. Aprel ayının 1-i, 2016 -cı il idi. Bu qədər böyük bir iradə ilə irəliləyən əsgərlərin qarşısında heç bir qüvvə dayana bilməzdi, 24 illik qurduğu istehkamlarla belə bu iradənin qarşısında ermənilər aciz idi. Əsgərlərinin səsini eşidən Şuşa diksindi, o öz anasından ötrü darıxırdı. Görən gözü olan Cıdır düzündən o tərəfə boylanır, əsgərlərinin iradəsi qarşısında qaçan ermənilərə nifrət oxuyurdu qəlbində. Necə də qürurlanırdı, necə də məğrur dayanmışdı. Çünki 24 il düşmən əsarətində qalmışdı, hər gün düşmən üzü görürdü, dayana bilmirdi, qəlbindən köks ötürərək bu acıya dözməyi bacarırdı. İndi isə deyəsən ədalət savaşı idi. Cıdır düzündən boylanan Şuşa gözlərinə inanmadı, Azərbaycan əsgəri artıq Lələtəpəni geri almışdı, qürurla dalğalanan bayrağımızı görüb, sevincini dağlarıyla, təpələriylə bölüşdü. Hər saniyəsi maraqlı idi bu döyüşün, çünki ancaq Azərbaycan əsgəri irəliləyir, tarixi torpaqlarını anası can Azərbaycana qaytarırdı.

Amma çox az davam edən bu döyüş, nədənsə, birdən dayandı, nə olduğu bilinmədən dayandı. Qarabağ bu müharibənin burada qalmayacağını bilirdi, çünki o, Azərbaycana geri dönəcəyinə əmin idi. Şuşa yenə də qorxdu, amma yenədə öz məğrurluğunu qorudu.

Bir an belə xəyalından əl çəkməyən Qarabağ, hər an öz məğrurluğunu qoruyan bu diyar sanki hər gün Allahla danışırdı.

Anasına can olmaq üçün, balasına ana olmaq üçün dözürdü, Azərbaycan əsgərinə yuva olacaqdı o.

Ermənilər isə bu vaxtlar ərzində də öz işlərini görürdülər, yəni Azərbaycanın milli yeməklərini, milli musiqimizi öz adlarına çıxarmaqla, dünyaya guya qədim xalq olduqların sübut etmək istəyirdilər. Bununla qalmır, qədim Azıx mağarasında da işlər aparır, buranın onlara məxsus olduğunu deyir, xarici arxeoloqları bu ərazidə araşdırma aparmaları üçün dəvət edirdilər.

Bu bir xalqın ən acınacaqlı halıdır işğalçı xalq üçün, amma bunlar xalq deyil, bir toplumdur.

Burada bir haşiyə çıxaraq: Əmir Teymur və ermənilərlə bağlı bir əhvalatı danışmaq istərdim.

Əmir Teymur Sivasa hücum eməzdən əvvəl qala komandanlığı ilə danışır və onları sülhə dəvət edir. Lakin rədd cavabı aldıqdan sonra hücuma keçir. Qala bir müddət müqavimət göstərsə də, ərzaq qıtlığı və köməyin gəlməməsi səbəbindən Teymura sülh təklif edir.

Teymur qala əhalisinin müsəlman olduğunu əsas gətirərək, bu təklifi qəbul edir. Görüş vaxtı qaladan 4 minə yaxın erməni oxçu Teymurun ordusunu vurmağa başlayır. Teymur bundan sonra həmin 4 min ermənini istəyir və qan axıtmayacağı vədini verir. Qala komandanı bunu qəbul etmək məcburiyyətində qalır və erməniləri hökmdara təslim edir.

Əmir Teymur erməni sipahilər üçün xəndəklər qazdırır, əllərini bağlayaraq onları diri-diri torpağa basdırır. Qala komandanlığı bu qərarın sülhü pozduğunu bildirdi. On əsgərini öldürdüyü üçün 4 min ermənini diri-diri basdıran Teymurun cavabı isə belə olur: “Baxın, heç qan tökmədim”.

Bir çox səfərlərdə ermənilərin xəyanətləri ilə üzləşən Əmir Teymur bu səfərlərindən birində məşhur fikrini səsləndirmişdi: “Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcəkdə ya məni alqışlayacaqlar, ya da lənət yağdıracaqlar”.

Bu sözlərin nə qədər doğru olduğunu anlamaq üçün isə, sadəcə, ermənilər ilə birlikdə ya yaşamaq, ya da qonşu olmaq lazımdır.

Amma bəzən elə olur ki, haqsızlıq qarşısında susmalı olursan, bu da belə oldu.

Azərbaycanın qəlbini oğurlayan toplum, xarici dövlətlərində ağlını oğurlamağa başladı, yalan məlumatlarla dünya ölkələrini Azərbaycana düşmən etmək istədi, amma bu heç də mümkün olmadı.

Artıq 2020-ci ilin iyul ayı idi, həmişəki kimi ürəyində narahatlıq hiss edirdi cənnətməkan Qarabağ.

Sanki qorxurdu nədənsə və bir anda yenidən səslər gəlməyə başladı, artıq o əmin idi ki, bu, Azərbaycan əsgərinin irəliləyişidir, sevindi Qarabağ, güldü Şuşa.

Lakin sevinci çox az çəkdi, bir nüçə gün sonra Azərbaycanın qüruru, səngər generalı kimi tanınan General Polad Həşimov şəhid oldu, bu xəbəri eşidən hər bir əsgər göz yaşını saxlaya bilmədi və elə əsl müharibənin təməli qoyuldu.

Canı candan ayıran, ananı baladan ayıran erməni toplumu fərqində olaraq yeni istehkamlar tikib, mövqelərini daha da möhkəmləndirdi. Lakin gözünü şəhid qanı bürümüş bir əsgərə bu ustehkamlar bir tel nazikliyi kimi gəlirdi, artıq qəlbindəki nifrəti püskürtmək istəyirdi erməni toplumuna, and içmişdi canı cana qatmaqdan ötrü.

Və bir gün, səhər günəş öz şəfəqlərini yavaş-yavaş üzə çıxarırdı, nazik şəfəqləri Qarabağın gözünə, Şuşanın qəlbinə dəyib, bütün Qarabağda bərq vururdu. Amma birdən yenə də güclü səslər eşidildi, bu səslər Azərbaycan əsgərinin rəşadətlə döyüşünün, əzmlə irəliləyişinin səsi idi.

27 sentyabr, 2020-ci il. Bu tarix idi hər şeyin başlanğıcı, müqəddəs tarix. Bütün kinin, nifrətin coşduğu, ananın, atanın, uşağın, qocanın bir mövqedə toplaşdığı tarix idi. O gün hər kəs birləşmişdi, çünki bu əsrlərin qanlı savaşı olacaqdı, keçmişin qisası, gələcəyin qüruru idi.

Qarabağda artıq Azərbaycan əsgərinin səsi gəlirdi və bu səsdən qorxaraq titrək erməni səsləri də eşidilirdi. Sanki bir şir ordusu, çaqqal toplumunun üstünə gedirdi, Azərbaycan əsgəri də bir şir məsəli, qarşısıalınmaz bir güclə irəliləyirdi mədəniyyətini, tarixini, inanc yerini almağa.

Belə də olurdu, hər gün irəliləyən Azərbaycan əsgərinin qarşısında bir qarışqa kimi əzilirdi düşmən, sadəcə, əsgərimin səsi yetərdi onun qaçmasına.

Əsgərimə isə güc verən onun öz torpağında döyüşməsi idi, çünki Anasından ayrı düşmüş Qarabağ inanc, qürur, şərəf, qeyrət yerimizdir. Bu yoldan geri dönmək qeyri-mümkün idi. Ona görə bir-bir azad edirdi kəndini, şəhərini bu cənnətməkanın.

İrəlilədikcə qürrələnirdi, sevinirdi həm Qarabağ,həm də öz cəsarətini yansıdan xalq.

Əsgərimin ruhunun qidası həm Qarabağ idi, həm də xalqının güvəni. Çünki kiçikdən böyüyə hər kəs gündəlik xəbərlər gözləyirdi. Hər kəndin işğaldan azad olunması bizim üçün bir müqəddəs gün hesab edilirdi.

Bəs bu strategiyanın müəllifi kim idi?

Hər zaman xalqın dəstəyini alan, ordunun sevgisini qazanan, işləri ilə daima rəğbətlə qarşılanan Ali baş komandan cənab İlham Əliyev.

O,həm səngərdə əsgərlərlə mübarizə aparır, həmdə qərb ölkələrinin təzyiqləri qarşısınsa mətnliklə dayanırdı.

Bu iradənin nəticəsi olaraq, xalq və əsgərlə öz tarixi torpaqlarını işğaldan azad etdi.

Günbəgün anası Azərbaycana daha da yaxınlaşan Qarabağ düşmənin belinin necə sınmasına şahid olurdu.

Sadəcə 44 gün çəkdi bu şanlı müharibə, 44 gün ərzində qayıtdı öz anasına Qarabağ, amma nə canlar getmişdi bu canın anasından ayrılmaması üçün, nə qanlar tökülmüşdü. Şuşa isə bir başqa idi, artıq səmasında qürurla uçaqn qartal Şuşanı daha fərqli süzürdü, qoynunda açan zanbaqların ətri bir başqa idi, bulağından axan suyun dadı dəyişmişdi. Xarı bülbül isə tamam fərqlənirdi öz təbiətində, bu yeganə çiçək, sadəcə, Qarabağda açırdı. Amma bu dəfə fərqli görünüşdə olacaqdı, çünki ətrini şəhid bədənindən, suyunu isə şəhid qanından alırdı.

Artıq bu torpaqda yenidən axşamlar Xanın avazı, Vaqifin şeiri, xan qızı Natəvanın zümzüməsi eşidilirdi, bu səslərlə isə nur içində yatan şəhidlərimiz qürurlanır, fəxr edirdi özləri ilə.

Bu məqaləmi canı canından ayrılmış şəhid ana və atalarına, şəhid yoldaşı və övladlarına həsr edirəm.

Həqiqətən də, “Ayrılmadı könül candan”.

Əli Yarıyev

Naxçıvan teıeviziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: