Naxçıvan şəhərində yeni supermarket fəaliyyətə başlayıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, dekabrın əvvəlindən Naxçıvan şəhərindəki şəhid İlqar Ələkbərovun adını daşıyan küçədə yeni “Limon” supermarket fəaliyyətə başlayıb. Supermarket iki mərtəbədən ibarətdir. 1-ci mərtəbədə mineral sular, spirtli içkilər, meyvə-tərəvəz, ət, çörək və digər məhsullar satılır. 2-ci mərtəbədə isə şirniyyat, parfimeriya, xırdavat, məktəbli ləvazimatları, təmizlik məhsulları və digər bölmələr yaradılıb. Ticarət şəbəkəsinin fəaliyyət göstərməsi ilə 14 nəfər işlə təmin olunub.

Supermarket yeni fəaliyyətə başlamasına baxmayaraq ilk günlərdən müştəri rəğbəti qazanıb. Qiymətlərin münasib olması bura üz tutanların sayını artırıb.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: