Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova oktyabr 26-sı, saat 10:00, Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Bu barədə NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Qəbulda vətəndaşların ailə, qadın və uşaq məsələləri ilə bağlı ərizə, müraciət və təkliflərinə baxılacaq.