Kikboksçular Qarabağlar Türbə Kompleksini ziyarət ediblər - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının üzvləri Qarabağlar Türbə Kompleksini ziyarət ediblər.
Ziyarətçilərə məlumat verilib ki, kompleksin xanəgah hissəsində xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələrindən ibarət eksponatlar nümayiş etdirilir. Həmçinin qədim tariximizi , adət-ənənələrimizi, məişətimizi özündə əks etdirən saxsı və mis qablar, daş dəstər və həvəngdəstələr, eyni zamanda toxuculuq nümunələri qonaqlarda qədim məişət mədəniyyətimiz haqqında dolğun təəssürat yaradıb.
Qarabağlar Türbə Kompleksinin bərpadan əvvəl və bərpadan sonra çəkilmiş fotoşəkilləri, o cümlədən kətan üzərində yağlı boya ilə işlənmiş “Qarabağlar türbəsi” rəsmləri, Naxçıvanın tarixini və Qarabağlar Türbə Kompleksi haqqında məlumatları özündə əks etdirən kitablar eləcə də binadakı qədim təndirlər ziyarətçilərdə maraq doğurub.
Səxavət Məmmədov