Şərurda tikinti işləri gedir

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şərur şəhərinin Kapitan    Seyidov küçəsindəki 9 nömrəli 24 mənzilli yaşayış binası əsaslı təmir edilir.

Layihəyə uyğun olaraq binanın müxtəlif yerlərinə milli ornamentlərə uyğun travertin lövhələr vurulur, qapı və pəncərələr dəyişdirilir, zirzəmi qatından birinci mərtəbənin müəyyən hissəsinə travertin plitələr bərkidilir. Yağış sularını axıtmaq üçün nəzərdə tutulmuş borular, qaz, su və elektrik xətləri yenilənir, paylayıcı şitlər qoyulur. Mərtəbələrarası pilləkənlərə üzlük döşənir, məhəccərlər dəyişdirilir.

Binanın abadlıq işləri görüləcək, piyadalar üçün səkilər salınacaq, yaşıllıqlar yaradılacaqdır.

Şərur rayonunda bu il tikilən və ya yenidən qurulan məktəblərin siyahısında Yeni Havuş və Xətai  kəndləri üçün nəzərdə tutulmuş tam orta məktəb də vardır. Təxminən iki ay bundan əvvəl tikintisinə başlanan  üçmərtəbəli məktəb binası 120 şagird üçün nəzərdə tutulub.

Qısa müddətdə binanın özülündə işlər tamamlanıb, birinci və ikinci mərtəbələrdə beton dirəklər qaldırılıb, divarların və arakəsmələrin hörgüsünə başlanılıb.

Yeni məktəbdə 12 sinif otağı, laboratoriyalar, kitabxana, hərbi kabinə, müəllimlər otağı, 2 elektron lövhəli və 1 kompüter sinif­ləri, 1 şahmat sinfi, idman zalı, bufet olacaqdır. Məktəb qış aylarında fərdi qazanxana ilə qızdırılacaqdır.

Adıçəkilən ünvanda həmçinin kənd və xidmət mərkəzlərinin də tikintisi aparır.

                                                                             “Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: