Min-bir dərdin dərmanı olan sarımsaqdan Şərq təbabətində təbii müalicə vasitəsi kimi xroniki mədə-bağırsaq xoralarının müalicəsində, zəiflikdə, vitamin azlığında istifadə olunub.
Güclü antioksidant tərkibli sarımsağın hətta yüzdə bir hissəsini su ilə qarışdırdıqda yenə də bakteriyalara məhvedici təsir göstərir, yaxud onların inkişafını dayandırır.
Xalq təbabətində sarımsaqdan xörəklərdə və duza qoyulmuş halda vərəm xəstəliyi zamanı iştahanı artıran, bəlğəmgətirən, sinədəki iltihabı təmizləyən vasitə kimi də istifadə olunur. Şərur rayonunda bu xeyirli tərəvəzin istehsalına ciddi yanaşırlar. Ona görə də hər il əkin sahələri də, istehsal olunan məhsul da artır.
Ötən ilin payızında kəndlərimizdə 57 hektar sahə sarımsaq üçün ayrılıb, sahələrdən toplanan məhsul isə 500 tona yaxın olub.
Bu il gələn ilin məhsulu üçün daha çox sahədə əkin keçirmək nəzərdə tutulub. Bunun üçün kifayət qədər toxum materialı vardır.
“Şərurun səsi” qəzeti