Geni dəyişdirilmiş dünya..

A- A A+

Biotexnologiyanın imkanlarından “məharətlə” istifadə edəntransmilli şirkətlərin  bütün həyat sahəsinə  təsirini və  yaşadığımız  dünyanın yaşanılmaz hala saldıqlarını görməmək mümkün deyil.

Buğdanın, meyvənin, tərəvəzin və  ətin genetikasının  dəyişdirilməsi insan genetikasından da yan keçmədi. Geni dəyişdirilmiş ərzaq məhsulları ilə qidalanan insan, yaradılışında mənsub olduğu özəlliklərdən ( sevgi, vicdan, mərhəmət, şəfqət, sədaqət, vəfa kimi duyğulardan ) məhrum olaraq keyfiyyətsiz bir həyatı yaşamaq məcburiyyətində qaldı. Nəfəs aldığımız havanı, içdiyimiz suyu və gözəl məhsullar yetişdirən torpağı məhv edərək  bütün formullarını daha yaxşı bir həyat üçün deyil, daha çox qazanmaq üçün inkişaf etdirlər.

Ərzaq məhsullarının tərkibi və onların təhlükəsizliyi ilə bağlı beynəlxalq miqyaslı qalmaqalların artdığı bir zamanda,Amerika bu məhsulların istehsalı və istehlakı üzrə dünyada birinci yeri tutur. Belə ki, ABŞ-da istehsal olunan ərzaq məhsullarının 80-85 %-i genetik modifikasiyalı tərkibə malikdir. Əhalisinin qida mənşəli sağlamlıq problemləri ilə ən çox üzləşdiyi ölkə də məhz ABŞ-dır. Bundan əlavə, geni dəyişdirilmiş məhsulların bəzi hallarda hətta ölümlə nəticələnə bilən kəskin allergik reaksiya yaratdığı güman edilən hallar da qeydə alınıb.

Dünya inkişaf edir, əhali artır və təbii olaraq ərzağa tələbat çoxalır.  Müxtəlif hesablamalara görə, düzgün bölüşdürüləcəyi halda indikindən daha çox əhalini təmin edə biləcək qədər qida ehtiyatları  ədalətsiz bölünmə nəticəsində planetdəki bütün insanların ehtiyacını ödəmir. Təkcə ABŞ və Britaniada zibilliyə atılan yararlı qida məhsulları 1 milyarda yaxın adamı təmin edə bilər ki, elə dünyada da bu qədər adam aclıqdan əziyyət çəkir. Bunu əldə bayraq edən bəzi transmilli şirkətlər biotexnologiya imkanlarından istifadə edərək məhsul bolluğu yaratmağa çalışdıqlarını bəyan edirlər. Lakin bu bolluq aclıqdan daha dəhşətli bəlanı özü ilə gətirir. Çünki sevgi, vicdan, mərhəmət, şəfqət, sədaqət, vəfa kimi duyğulara malik olan insan ac olsa belə başqa varlığa heç bir ziyan verməz, amma bu dəyərlərdən məhrum olan insandan nə pislik desən gözləmək olar. Son illər dünyada baş verən müharibələr bunun bariz nümunəsidir.

Bir sözlə desək  yaşadığımız dünyada  bizi əhatə edən hər şey insan saxtakarlığına məruz qaldı və yalnız istehlak edilən məhsulların tərkibi deyil, həm də insanın genetikası pozuldu.

Müasir dövrdə hər bir ölkənin qarşısında duran ən aktual problemlərdən biri də ərzaq təhlükəsizliyidir.Dünyanın əksər ölkələrinin, sosial-iqtisadi inkişafla əlaqədar şəhər əhalisinin çoxalması prosesi, yararlı torpaqların və kənd təsərrüfatında çalışanların azalması, eyni zamanda əhalinin sayının və qida məhsullarına tələbatın artması ərzaq təhlükəsizliyi problemlərini daha da qabardır.

Son vaxtlar Naxçıvan Muxtar Respublikasında əhalinin genefondunu və sağlamlığını qorumaq məqsədilə rəhbərlik tərəfindən bir çox tədbirlər və bu istiqamətdə bir sıra konkret layihələr həyata keçirilib.Hal-hazırda Muxtar Respublikamızda genetik modifikasiyaya uğramış məhsullar yetişdirilmir və əhalinin genefondunu və sağlamlığını qorumaq üçün çox vacib işlər görülür ki, bu da təqdirə layiqdir. Yerli toxumlar və meyvələrin genofondunun yaradılması və ərzaq təhlükəsizliyinin əldə olunmasında onlardan istifadə artıq dövlət səviyyəsində proqramla təsdiq edilib. Hazırda muxtar respublika ərazisində tinglərin  dənə və toxum yolu ilə əldə edilməsi istiqamətində atılan addımlar təkcə təbiətin sağlam mühiti deyil, həm də əhalinin sağlam, təbii  qidalarla təmin edilməsi üçün atılır. Bu isə nəinki ölkədə, hətta dünyada nümunə olacaq bir təşəbbüsdür.

Baş verən proseslərlə  cəmiyyətin məlumatlandırılması və təbliği baxımından  Nuhçıxan İnformasiya Agentliyinin mühüm rol oynadığını qeyd etmək tam yerinə düşər.Cəmiyyətdə istənilən məsələnin həlli, hər hansı məsələ ətrafında gedən müzakirələrin işıqlandırılması, onların mahiyyəti barəsində məlumatın vaxtında  verilməsinin əhəmiyyəti çox böyükdür və qida təhlükəsizliyi məsələlərilə  bağlı medianın həssas yanaşması olduqca vacib məsələdir...

 

 

Əlövsət Hüseynquliyev

        AŞPA-nın üzvü statusuna malik olan

    Beynəlxalq  Antiterror Birliyi (BAB) prezidentinin muşaviri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: