Naxçıvanda sahibkar tikintidə yol verdiyi nöqsanlara görə həbs edilib

A- A A+

Naxçıvanda sahibkar tikintidə yol verdiyi nöqsanlara görə həbs edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Culfa rayonunda iaşə obyektinin tikintisi zamanı yol verilən qanunsuzluqlarla bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda istintaq edilən cinayət işi üzrə Məmmədov Əmir Əli oğlu Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 188.4.1 (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan təkrarən torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işlərinin aparılması ) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: