Bahar Muradova Naxçıvanda səfərdədir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və nümayəndə heyəti Naxçıvana səfərə gəliblər.
Səfər çərçivəsində Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Qəbulda vətəndaşların ailə, qadın və uşaq məsələləri ilə bağlı ərizə, müraciət və təkliflərinə baxılacaq.
Gün ərzində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.