Bahar Muradova Naxçıvanda vətəndaşları qəbul edib - FOTOLAR

A- A A+

Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova oktyabrın 26-da Naxçıvan şəhərində vətəndaşları qəbul edib.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respyblikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən qəbulda Naxçıvan şəhəri və rayonlardan olan sakinlər iştirak ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmələri rəhbərlərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Mövzular əsasən ailə, ailiment işi və digər məsələlərlə bağlı olub.

Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: