Naxçıvanda saytların təhlükəsizliyi ilə bağlı monitorinqlər aparılıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi, o cümlədən hazırlanmış internet saytlarının təhlükəsizlik (SSL-Secure Sockets Layer) sertifikatı ilə təmin olunması istiqamətində zəruri texniki tədbirlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, dövlət orqanlarına məxsus internet saytlarının təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı monitorinqlər həyata keçirilib. Aparılan monitorinqlərin nəticələrinə əsasən yenilənmiş veb-saytların 68.2 faizi təhlükəsizlik sertifikatı ilə təmin edilib.

Qurumların nəzərinə çatdırılır ki, rəsmi internet səhifələrinin təhlükəsizliyini təmin etmək və daxil olan hücumların qarşısını almaq məqsədilə veb-saytlarının təhlükəsizlik sertifikatı ilə təmin olunmasını diqqətdə saxlasınlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: