Azərbaycan gömrükçüləri külli miqdarda gümüş aşkar edib - FOTOLAR
Naxçıvan Baş Gömrük İdarəsinin Şahtaxtı gömrük postunda Azərbaycan ərazisindən tranzit keçən yük nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.
NUHÇIXAN bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, yoxlama zamanı yük nəqliyyat vasitəsinin müxtəlif yerlərindən 10 ədəd külçə formasında 999,9 əyarlı, ümumi çəkisi 22,55 kq olan gümüş aşkar edilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.