NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Naxçıvana səfərə gəlib.
Qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər
Səfər çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Naxçıvan Muxtar Respublikasında Azərbaycann Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə birlikdə Ulu Öndərin 100 illiyi münasibətilə “Dövlət müəssisə və şirkətlərinin fəaliyyətində maliyyə hesabatlılığı və şəffaflığın gücləndirilməsi” mövzusunda tədbirdə iştirak edəcək.