Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyi vətəndaşlara xəbərdarlıq edib

A- A A+

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi vətəndaşları təşkilatların adından həyata keçirilən “fişinq” kampaniyaları barədə xəbərdar edib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, kiberdələduzlar istifadəçiləri “tələ”yə salmaq və fərdi məlumatlarını ələ keçirmək məqsədilə onlara təşkilatların adından saxta SMS-lər göndərirlər, bu SMS-dəki linklərə keçid etməyi təklif edirlər. Keçidə daxil olduqdan sonra bank kartları məlumatlarını daxil etmələri tələb olunur.

"Bu cür kiberhücumlardan qorunmaq üçün vətəndaşlar alınan hər mesaja şübhə ilə yanaşmalı, məktublardakı linklərə keçid etməməli, bank və digər məlumatlarını daxil etməməlidirlər", - məlumatda vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: