Naxçıvanda Zəfər Gününə həsr olunmuş voleybol yarışı keçirilir - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, oktyabrın 30-da İlham Əliyev adına İdman Kompleksində Naxçıvan Voleybol Federasiyasının təşkilatçılığı, Naxçıvan MR Gənclər və İdman və Təhsil Nazirliklərinin dəstəyi ilə yeniyetmə oğlanlar və qızlar arasında Zəfər Gününə həsr olunmuş voleybol üzrə muxtar respublika birinciliklərinə start verilib. "Heydər Əliyev İli "çərçivəsində təşkil olunan yarışın bu gün rəsmi açılış mərasimi keçirilib.

Yarışın rəsmi açılış mərasimində əvvəlcə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda öz canından keçmiş qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Birincilik bədii hissə ilə davam etdirilib. Naxçıvan Qarnizonunun Hərbi orkestrinin ifasında marşlar, Naxçıvan Dövlət Filormaniyasının solistlərinin ifasında Ulu Öndərimizə və Vətənimizə həsr olunmuş mahnılar səsləndirilib. Filormaniyanın mahnı və rəqs ansamblı rəngarəng rəqs nömrələri ilə tədbir iştirakçıları qarşısında çıxış edib.

Açılış mərasimində “Naxçıvan Voleybol Federasiyası” İctimai Birliyinin prezidenti Vüqar Əliyev, Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Məcid Seyidov və Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini Ovni Muradov çıxış ediblər, komandalara uğurlar arzulayıblar.

Federasiyanın vitse prezidenti Aydın Mirzəyev yarışın reqlamenti barədə məlumat verib.

Ümumilikdə 16 komandanın iştirak etdiyi yarışda əvvəlcə qızların mübarizəsinə start verilib. Qeyd edək ki, komandalar “A” (Şahbuz, Şərur, Babək, Culfa) və “B” (Sədərək, Naxçıvan, Ordubad, Kəngərli) qrupları olmaqla dairəvi sistem üzrə qarşılaşacaqlar. Hər qrupdan iki komanda növbəti mərhələyə vəsiqə qazanacaq.

Noyabrın 2-də isə oğlanlardan ibarət komandaların muxtar respublika birinciliyi çərçivəsində oyunlara start veriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: