Dövlət qulluqçuları növbəti dəfə Ağbulaq İstirahət Mərkəzində olublar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, dövlət qulluqçuları və onların ailə üzvləri növbəti dəfə Ağbulaq İstirahət Mərkəzində istirahət ediblər. Mərkəzin bu dəfəki qonaqları Kənd Təsərrüfatı və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin əməkdaşları olub.
İki günlük istirahət müddətinin ilk günündə qonaqlar bır sıra yerlərlə tanış olub, dama, şahmat, stolüstü və digər oyunlar oynayıblar. Dövlət qulluqçuları və ailə üzvləri təkcə gündüz saatlarında deyil, axşam da Mərkəzin imkanlarından istifadə edərək yadda qalan vaxt keçiriblər. Şahbuz rayonunun müsiqi kollektivlərinin onlar üçün təşkil etdiyi maraqlı konsert proqramını izləyiblər.
Qeyd edək ki, hazırda mərkəzin yaxınlığında müasir xizəkçilik kompleksi də tikilir. 2018-ci ilin iyul ayından başlanılan tikinti işlərinin bir hissəsi başa çatıb. 1590 metr uzunluğundakı xizəksürmə zolağında 20 min kubmetr tutumu olan süni gölün, qaraj binasının, süni qar qurğuları üçün su və hava xəttinin yaradılması üçün işlər davam etdirilir.
Sadiq Məmmədov