Ali təhsil ocağında ingilis dili ixtisasının 20 illiyi qeyd olunub

A- A A+

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Dövlət Universitetində İngilis dili ixtisasının açılmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə “Xarici dillər fakültəsi”nin yaranmasından və fəaliyyəti barədə danışılıb. Daha sonra Xarici dil müəllimliyi (ingilis dili) və Tərcümə ixtisasının 20 illik fəaliyyətinə həsr olunan videoçarx nümayiş edilib.

Sonda ingilis dilində bədii qiraət edilib. Eyni zamanda ingilis dilində Azərbaycanın xalq mahnısı “Sarı Gəlin” və Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasından musiqili səhnəcik təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: