Vaqif Xaçaturyanın məhkəməsində zərərçəkmişlərin və hüquqi varislərin dindirilməsi başa çatıb

A- A A+

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası davam etdirilib.

NUHÇIXAN xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkənlər ifadə verib.

Prosesdə məhkəməyə teleqramla müraciət edən zərərçəkmiş Əli Mehralıyev və Sadaqət İsmayılovanın istintaqa verdiyi ifadələr elan edilib.

Bununla da cinayət işi üzrə zərərçəkmişlərin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin dindirilməsi başa çatıb.

İş üzrə dindirilməyən bir şahid qalıb. Onun hazırda Cəbrayılda xidmət edən ANAMA əməkdaşı olduğu bildirilib.

Proses noyabrın 6-da davam etdiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: