NUHÇIXAN xəbər verir ki, bu ilin mart ayından etibarən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin köhnə korpusu əsaslı şəkildə yenidən qurulur. Yenidənqurma işləri zamanı, binaya yeni korpus da əlavə olunub. Əvvəlki binası müasir tələblərə cavab verməyən fakültənin tədris sahəsi genişləndirilib. Binanın dam örtüyü vurulub, pəncərələr salınıb, fasad hissə üzlənib. Həyətdə isə abadlıq işləri aparılır, yerə daş döşənir, kənarlara bardürlər düzülür. Eyni zamanda binanın ətrafında müasir işıqlandırma sistemi də quraşdırılır. Fakültə binasının daxilində işlərin bir çoxu yekunlaşıb, hazırda son tamamlama işləri görülür.
Dörd mərtəbədən ibarət olacaq binada 28 auditoriya, laboratoriyalar, kitabxana, kompüter otağı, elektron siniflər, anatomiya muzeyi, 130 yerlik konfrans zalı, kafedralar və digər iş otaqları fəaliyyət göstərəcək.
Cavid Səfərli